A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera mərkəzinin təşkilatçılığı ilə tələbələr üçün növbəti təlim Paşa Bank ASC-nin KOS Bankçılıq departamentinin Rəqəmsal Qeyri-Kredit Məhsullar üzrə Qrup Rəhbəri Xanım Rüstəmova tərəfindən “Kreativ biznes strategiyası və dinamik məhsul idarəedilməsi” mövzusunda keçirilib.

Təlimdə uğurlu biznes strategiyasının qurulmasından, biznes analizlərinin düzgün şəkildə aparılmasından, eləcə də beynəlxalq təcrübə və KOS bankçılıqla bağlı tələbələrə məlumat verilib. Eyni zamanda Biznesin bazardakı mövqeyinin SWOT analizi ilə müəyyən edilməsi, məhsulun bazara daxil olma planının başqa üslublarla uyğunlaşması kimi zəruri məlumatları tələbələrin diqqətinə çatdırılıb.

İnteraktiv şəkildə davam edən təlimdə tələbələri maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay