A

UNEC İnklüziv Təhsil Mərkəzinin təşkilatçılığı ilə Türk Dünyası İqtisad  fakültəsində psixoloqlarla görüşlər təşkil olunub.

Görüşlərdə iştirak edən qonaqlar “Zorakı olmayan ünsiyyət”, “Stresi yaradan səbəblər və onların tələbələrin həyatına təsiri”, “Gənclərin gələcək kariyera hədəflərinin təşkili, planlaşdırılması üsulları” mövzuları ilə çıxış ediblər.  

Tədbirin məqsədi tələbələrin tez-tez qarşılaşdığı psixoloji narahatlıqlar, imtahan stressi, depressiya, diqqət dağınıqlığı kimi neqativ psixoloji vəziyyətlərlə mübarizə aparma metodudur.  

Tədbirin qonaqları “İnci psixoloji və reabilitasiya mərkəzi” -nin təsisçisi və direktoru, psixologiya üzrə fəlsəfə doktoru Ramidə Oqtay qızı, psixoloq, hipnoterapevt Sevinc Alizadə, “PsixoSən” onlayn psixoloq və özünü inkişaf şirkətinin təsisçisi və direktoru İntiqam Məmmədov, “PsixoSən” onlayn psixoloq və özünü inkişaf şirkətinin təsisçisi Kənan Zərbiyev, “PsixoSən” onlayn psixoloq və özünü inkişaf şirkətinin təhsil layihələri üzrə meneceri Lalə Bilalova olub.

Tədbirin qonaqları təhsil və karyera istiqamətində doğru karyera planlaması apararaq, uğurlu gələcək inşa etməyin yollarından danışaraq, təhsil və karyera istiqamətində psixoloji vəziyyətin və dəstəyin alınmasının vacib olduğunu vurğulayıblar.

TOP XƏBƏRLƏR