A

Qloballaşma dövründə yüksək intellektual potensiala malik olan Azərbaycan və bu kimi ölkələrdə dayanıqlı inkişafın fəlsəfəsinin araşdırılması və onun iqtisadiyyatın inkişafındakı rolunun müəyyən edilməsi mühüm aktuallıq kəsb edir.

Məhz buna görə də SABAH qrupları tələbə və məzunlarının bu konteksdə elmi tədqiqatlarının bir konfransda, dayanıqlı inkişafın problemlərinin və perspektivlərinin müzakirə olunması zərurəti yaranıb. Bu məqsədlə UNEC SABAH tələbələrinin “Dayanıqlı inkişaf: Problemlər və Perspektivlər-2022” adlı möhtəşəm konfransı Park İNN by Radisson-da təşkil olunub.

Konfransın təşkilatçıları Təhsil Nazirliyinin SABAH İcra Komitəsi və UNEC SABAH Mərkəzi, tərəfdaşı isə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi olub.

Konfransa təqdim olunan dayanıqlı inkişafda olan problemlərin təhlilinə həsr olunmuş 150 tezisdən  80-i təqdim olunma hüququnu qazanıb.

Konfransın plenar iclasında Təhsil nazirinin müavini İdris İsayev, UNEC -in elmi işlər üzrə prorektoru Sakit Yaqubov, BMT-nin Dayanıqlı İnkişaf üzrə Milli əlaqələndirmə şurasının katibi, İqtisadiyyat nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov, BMT rezidentinin əlaqələndiricisinin müşaviri Şəms Mustafayeva, SABAH İcra Komitəsinin tədris işləri üzrə rəhbər müavini Eldar Qocayev, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Əkbər Abbasov, Budapeşt Texnologiya və İqtisadiyyat Universitetinin professoru Andras Bethlendi, Kembric Universitetinin tədqiqatçısı professoru Vadim Strielkovski, Corvinius Universitetinin professoru Kata Varadı, Budapeşt Biznes Məktəbinin doktorantı, UNEC SABAH məzunu Jalə Məmmədova, Budapeşt Texnologiya və İqtisadiyyat Universitetinin magistrları Sevinc Abbasova və Şamil İsmayılov çıxış ediblər.

Ümumilikdə, konfransda 9 ölkədən 14 məqalə - Böyük Britaniya, Avstriya, Macarıstan, Polşa, Estoniya, Litva, İtaliya, Belorusiya, Almaniyanın  nüfuzlu universitetlərində təhsil alan UNEC SABAH məzunları və tələbələri iştirak ediblər.

Konfrans çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin aqrar innovasiyaya həsr olunmuş məqalə müsabiqəsi keçirilib. Müsabiqənin 3 qalibi olub. UNEC SABAH tələbələrindən Şəms Heydərova- I yer, 500 man, Rauf Cəbrayılov- II yer, 300 man, Arif Mikayılov- III yer, 200 man məbləğində mükafatlandırılıblar.

Konfrans 3 bölmə üzrə Maliyyə və İqtisadiyyat, Sənaye və İnformasiya texnologiyaları,  Humanitar və Sosial bölmələrdə işini davam etdirib.  Konfrans haqqında məlumat BMT-nin Dayanıqlı İnkişaf Milli şurası tərəfindən Azərbaycan Respublikasının Prezidentinə təqdim olunacaq hesabata əlavə olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay