A

UNEC Dizayn məktəbinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Müasir dövrdə dizaynın rolu və müxtəlif sahələrə təsiri” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan UNEC Dizayn məktəbinin direktoru dosent Lalə Məmmədova müasir dövrdə dizayn ixtisasının vacibliyi haqqında danışıb və bu gün dizaynın cəmiyyətin demək olar ki, bütün sahələrində iştirak etməsini, hər gün əmtəə və xidmət istehsalçılarının rəqiblərindən bir addım öndə olmaq, orijinal olmaq və zamanla ayaqlaşmaq, bununla da potensial alıcıya öz əhəmiyyətini və zəruriliyini göstərmək üçün getdikcə daha çox dizayn fəaliyyətlərinə üz tutmağa məcbur olduqlarını vurğulayıb.

Dizayn kafedrasının müdiri dosent Elfanə Qasımova dizayn ixtisasına yiyələnən tələbələrin gələcəkdə müxtəlif sahələrdə: kütləvi istehsal ilə bərabər fərdi fəaliyyət göstərən bir sıra sənaye şirkət və müəssisələrdə - dəb evlərində, mebel fabriklərində, reklam şirkətlərində, mətbəələrdə, qida sektorunda və s. dizayner fəaliyyəti ilə məşğul ola biləcəklərindən söz açıb.

UNEC Dizayn Məktəbinin TEC-nin rəhbəri Gülçöhrə Salehzadə çıxışında bildirib ki, Dizayn – təkcə insanın həyat və fəaliyyətinin ən müxtəlif sahələrini və sferalarını əhatə edən bir hadisə deyil, dizayn həmçinin bir çox incəsənət növlərinin (rəssamlıq sənətinin, heykəltəraşlığın, memarlığın, dekorativ-tətbiqi incəsənətin, qrafikanın) topladığı təcrübələrin sintezini yaradır. O, təsviri sənətin əsaslarını, əlifbasını bilmədən, konstruktiv üsullara bələd olmadan, onlardan, eləcə də plastika texnikalarından istifadə səriştəsinə malik olmadan dizayner olmağın qeyri-mümkünlüyünü bildirdi.

Sonra UNEC Dizayn məktəbinin tələbələr Lamiyə Zeynalzadə, Aysel Ələkbərzadə və Tövhə Əhmədova maraqlı təqdimatla çıxış edərək, diplomlarla təltif olunublar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay