A

UNEC rektoru professor Ədalət Muradov Türkiyənin Əskişəhər Universitetində UNEC Yaradıcılıq Mərkəzi tərəfindən nümayiş olunan “Yarımçıq qalmış” tamaşasının yaradıcı heyəti və tələbələrlə görüşüb.

Azərbaycan Türkiyədəki səfirliyinin dəvəti ilə Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30 illiyinə həsr olunmuş Azərbaycan mədəniyyət və incəsənət günləri çərçivəsində nümayiş olunan yenin quruluşda “Yarımçıq qalmış” tamaşasında UNEC tələbələrinin çıxışını yüksək qiymətləndirən rektor, onları peşəkar çıxışlarına görə təbrik edib. O, tələbələrin peşəkarlıqla nümayiş etdirdikləri tamaşanın Türkiyədə böyük marağa səbəb olduğunu, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov tərəfindən UNEC-ə təşəkkür məktubunun ünvanlandığını diqqətə çatdırıb.

Rektor UNEC tələbələrində yaradıcılıq, xüsusilə də tamaşa sahəsində xüsusi potensialın olduğunu vurğulayaraq, Yaradıcılıq Mərkəzinin üzvlərinin səhnələşdirdikləri tamaşaların regionun ali məktəblərində də nümayiş olunacağını deyib.

Sonra UNEC Yaradıcılıq Mərkəzinin direktoru Elman Cəfərov və mərkəzin üzvləri səfər barədə təəssüratlarını bölüşüblər, onların ifasının Türkiyədə böyük alqışlarla qarşılanmasından qürur duyduqlarını, göstərilən diqqət və dəstəyə görə Azərbaycanın Türkiyədəki səfirliyinə və UNEC rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Sonda rektor UNEC Yaradıcılıq Mərkəzinin üzvlərinə Fəxri fərmanlar təqdim edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay