A

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan UNEC-in Maliyyə və mühasibat fakültəsinin məzunu Aqil Mirzəliyevin avqustun 27-də doğum günü idi. Yaşasaydı 23 yaşı olacaqdı.

Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev və Tələbə Həmkarlar İttifaqı Komitəsinin üzvləri şəhidin ailə üzvləri ilə birlikdə İsmayıllının Şəhidlər xiyabanında onun məzarını ziyarət ediblər. Ziyarətçilər şəhidin xatirəsini ehtiramla yad edərək, məzarı üzərinə gül dəstələri düzüblər.

Sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Aqil Mirzəliyevin adı verilən küçədə barelyefin açılış mərasimi keçirilib.

Fakültə dekanı dosent Hafis Hacıyev şəhidə özəl hazırlanan hədiyyəni şəhidin anasına təqdim edərək, onunla bağlı xatirələrini bölüşüb.

Aqil Mirzəliyev döyüşlərdə göstərdiyi şücaətə görə, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət ordeni” ilə təltif edilib. 

Allah rəhmət eləsin!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay