A

Oktyabrın 10-da, Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu, Vətən müharibəsinin şəhidi Məcidzadə Teymurun doğum  günü idi.

Yaşasaydı 30 yaşı olacaqdı.

Şəhidin doğum günü münasibətilə  ailə üzvləri ilə birlikdə,  UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dos. Elçin Eyvazov, UNEC THİK sədri İlkan Əliyev, dekan müavinləri, Ümumi fənlərin tədrisinin təşkili departamentinin  müəllimləri və  fəal tələbələr şəhidin doğum günündə əziz xatirəsini ehtiramla yad edərək, məzarı önünə gül dəstələri qoyublar. Doğum günü  tədbirində fakültənin dekan müavini dos. Muşrəvan Əliyev şəhid haqqında xatirələrini bölüşüb, onun tələbəlik illərindən bəhs edib..

 Tədbirdə şəhid Teymur Məcidzadənin anası Yasəmən Camalova çıxış edərək oğlu ilə bağlı xatirələrindən danışıb, torpaqlarımız uğrunda canından keçmiş qəhrəman oğlu ilə qürur duyduğunu bildirib..

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Teymur Məcidzadə ölümündən sonra "Vətən uğrunda" medalı, "Cəbrayılın azad olunmasına görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı, "Şuşanın azad olunmasına görə" medalı, "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir.  Ruhu şad olsun!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay