A

Oktyabrın 29-da Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış UNEC məzunu, Vətən müharibəsinin şəhidi Məzdək Eyvazlının anım günü idi.

Məzdək Eyvazlının  anım günündə Rəqəmsal iqtisadiyyat fakültəsinin dekanı dosent Elman Cəfərov, THİK sədri İlkan Əliyev və tələbələr Qaradağ rayonundakı  Şəhidlər Xiyabanına gedərək,  şəhidin məzarını ziyarət ediblər.

UNEC kollektivi şəhidin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Allah rəhmət eləsin!

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay