A

UNEC THİK-in sədri İlkan Əliyevin təşkilatçılığı ilə Rəqəmsal İqtisadiyyat fakültəsinin və Qiyabi Əlavə Təhsil Mərkəzinin fəal tələbələri Hərbi Qənimətlər Parkında olublar.

Tələbələr  Azərbaycan Silahlı Qüvvələrinin  İkinci Qarabağ müharibəsində əldə etdikləri qənimətlərin saxlanıldığı parka gedib, 44 günlük Vətən müharibəsi zamanı düşməndən qənimət götürülən hərbi texnika, ermənilərin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyat və digər sursatlarla tanış olublar.

 Hərbi Qənimətlər Parkının bələdçisi tələbələrə qənimətlər barədə ətraflı məlumat verib.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay