A

8 Noyabr – Zəfər Günü münasibətilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev Vətən müharibəsinin iştirakçıları olan fakültə məzunları Kənan Hüseynzadə və Müzəffər İbadov ilə birlikdə Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış UNEC-in 2014-cü il məzunu Mürsəl Kamil oğlu Kazımlının məzarını və onun xatirəsinə inşa edilmiş abidə kompleksini ziyarət edərək, önlərinə gül dəstələri düzüblər, əziz xatirələrini yad ediblər.

Sonra şəhidin ailəsi ziyarət edilib. Şəhidin atası Kamil Kazımov və anası Lalə Əliyeva övladlarının keçdiyi döyüş yolundan danışıb, göstərdiyi şücaət və qəhrəmanlığından söz açıblar. Fakültə dekanı, şəhidin müəllimi Hafis Hacıyev isə Mürsəl Kazımlı ilə bağlı xatirələrini bölüşüb, onun savadlı, bacarıqlı, Vətənini sevən bir gənc kimi yaddaşlarda əbədi qaldığını bildirib.

Allah bütün şəhidlərimizə rəhmət eləsinruhları şad olsun!

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay