İngiltərənin TWI (The Welding Institute) şirkətinin Azərbaycan koordinatorluğunun direktoru Kərim Şakuri tərəfindən tələbələr üçün satış marketinqi üzrə təcrübə proqramının tanıtımı keçirilib.
Təqdimat zamanı tələbələrə şirkətin fəaliyyət sahələri, iş imkanları, proqramda iştirak etmək və şirkətdə karyera qurmaq barədə məlumat verilib. Şirkətin HR strukturunun rəhbəri Liana Latipova, Maliyyə və mühasibat fakultəsinin dekan müavini Əbdülkərim Sadıqov və Karyera mərkəzinin müdiri Aytac Rzayeva tərəfindən tələbələri maraqlandıran suallar cavablandırılıb.
Tədbir UNEC Karyera Mərkəzi, Maliyyə və mühasibat, Mühəndislik fakultələrinin birgə təşkilatçılığı ilə baş tutub.