A

Maliyyə və mühasibat fakültəsində “Reproduktiv sağlamlıq” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.

"Maliyyə və audit" kafedrasının müdiri professor Əvəz Ələkbərov gənc nəslin sağlam böyüməsi, zərərli vərdişlərdən qorunması, habelə gələcəkdə sağlam ailə qurması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərinin aparılmasının əhəmiyyətindən danışıb.

Azərbaycan Tibb Universitetinin və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının dosenti Aynişan Hümbətova reproduktiv sağlamlıq və onun aspektləri, azad və məsuliyyətli seçim, ailə planlaşdırılması haqqında ətraflı məlumat verərək, tələbələrə zərərli vərdişlərdən uzaq olmağı, sanitar-gigiyenik qaydalara əməl etməyi tövsiyə edib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay