A

Noyabrın 13-də Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu Ülvi Hacıyevin cənnətdəki doğum günü idi. Yaşasaydı 28 yaşı olacaqdı.

Anım günündə UNEC Biznes Məktəbinin direktoru dosent Nazim Hacıyev, "Biznesin idarə edilməsi" kafedrasının müdiri dosent Sevər Məmmədova, UNEC Biznes Məktəbinin direktor müavini Şəhla Qəhrəmanova, UNEC THİK sədri İlkan Əliyev və tələbələr iştirak ediblər.

Əvvəlcə İkinci Şəhidlər xiyabanında şəhidin məzarı ziyarət olunub, məzarı önünə gül dəstələri düzülüb, Vətən uğrunda canından keçən qəhrəmanların ruhuna dualar oxunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay