A

UNEC-in Qiyabi və əlavə təhsil şöbəsinin rəhbərliyi, tələbələr və müharibə iştirakçıları olan tələbələr Vətən müharibəsi şəhidi Əsəd Əsədlinin ikinci ildönümünündə onun məzarını ziyarət ediblər.

Mərkəzin direktoru Səbuhi Tanrıverdiyev Fəxri Xiyabanda Əsəd Əsədlinin xatirəsini yad edənlər qarşısında çıxış edərək, onunla bağlı xatirələrini bölüşüb, Əsədin tələbəlik illərindən bəhs edib.

Xatırladaq ki, Əsəd Əsədli ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə” və “Xocəvəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay