A

UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin mütəxəssisi, beynəlxalq siyasət və iqtisadiyyat üzrə tədqiqatçı ekspert Aysel Musayeva-Qurbanova Qazaxıstanın Yessenov Universitetinin Azərbaycan Mədəniyyət Evində ulu öndər Heydər Əliyevin anım gününə həsr olunan tədbirdə iştirak edib.

Azərbaycan Respublikasının Qazaxıstandakı səfirliyinin və Aktau Baş konsulluğunun dəvəti ilə tədbirdə iştirak edən Aysel M.Q. tələbələrə “Heydər Əliyevin dahi liderlik siyasəti” mövzusunda mühazirə deyib. Mühazirədə ümummilli lider Heydər Əliyevin Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi uğrunda apardığı strateji liderlik prinsiplərindən bəhs olunub.

Sonda tələbələrin Heydər Əliyevlə bağlı sualları cavablandırılıb. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay