Dünyanın aparıcı konsaltinq şirkəti olan "McKinsey & Company"nin mütəxəssisləri könüllülük proqramı çərçivəsində növbəti dəfə UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) tələbələri ilə görüşüblər.
Beynəlxalq iqtisadiyyat və biznes kafedrası nəzdində yaradılan “ISE STEP” tələbə klubunun təşkilatçılığı və şirkətdə hazırda məsləhətçi olaraq çalışan ISE məzunları Mirələm Əkbərli və Samir Məmmədovun təşəbbüsü ilə keçirilən görüşün məqsədi tələbələrə “peşəkar koç” xidmətinin göstərilməsi və onların sosiallaşma bacarıqlarının artırılması olub.
ISE-nin 29 tələbəsinə gün ərzində hər biri bir saat olmaqla, ümumilikdə 10 sessiya ərzində “McKinsey & Company” şirkətinin mütəxəssisləri Zaur Hüseynov, Mirələm Əkbərli və Samir Məmmədov tərəfindən “peşəkar koç” xidməti göstərilib.