A

UNEC-də 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar faciə zamanı şəhid olmuş Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi İlqar Əbilhəsənov və Habil Əzizovun əziz xatirəsi anılıb.

Öncə UNEC kollektivi və şəhidlərin ailə üzvləri Memorial-Xatirə Kompleksini ziyarət ediblər, qarşısına gül dəstələri düzüblər.

UNEC-in İnzibati və təşkilati məsələlər üzrə prorektoru dosent Şaiq Əsgərov anım tədbirində çıxış edərək, 20 Yanvar hadisəsinin xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdən olduğunu bildirib. Keçmiş Sovet imperiyası ordusunun qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidlərinin qəhrəmanlığının Azərbaycan gəncləri üçün örnək olduğunu bildirib. Bu hadisələrdə UNEC-in tələbəsi Habil Əzizovun və məzunu İlqar Əbülhəsənovun da şəhidlik zirvəsinə ucaldığını diqqətə çatdırıb.

Anım tədbirində şəhid Habil Əzizovun qardaşı Etimad Əzimov və İlqar Əbdülhəsənovun bacısı Cəmilə xanım öz xatirələrini bölüşüblər. Sonda şəhidlərin ruhuna ehsan süfrəsi verilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay