UNEC Qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev, UNEC Həmkarlar komitəsinin sədri Rüfət Süleymanlı, Tələbə Həmkarlar Komitəsinin üzvləri, həmçinin UNEC-in digər rəhbər şəxsləri və əməkdaşları UNEC-in tələbəsi, 20 yanvar şəhidi Habil Əzizovun məzarını ziyarət ediblər.
Habil Əzizov 1968-ci il yanvar ayının 19-da Ağstafa rayonunun Vurğun qəsəbəsində anadan olub. Dünyaya göz açdığı gün, 19 yanvar tarixində, 22 yaşında, qiyabi təhsil üzrə universitetin 3-cü kursunda oxuyarkən şəhid olmuşdur. Ad gününü əmisinin ailəsi ilə qeyd etdikdən sonra dostu Xanoğlan ilə birlikdə şəhərə müstəqillik və azadlıq şüarları ilə sovet hakimiyyətinə etiraz edən soydaşlarımıza dəstək üçün evdən çıxan Habili sovet tankları altında qalaraq şəhidlik zirvəsinə ucalmışdır.
Allah rəhmət eləsin!