A

Mühəndislik, Rəqəmsal iqtisadiyyat fakültələri, Dizayn məktəbi və Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olun tədbir keçirilib.

Tədbirdə Xocalı faciəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra dövlət himni səsləndirilib.

Mühəndislik fakültəsinin dekanı dosent Elçin Səmədov, fakültə üzrə TGT-nın sədri Aytac Əhmədzadə, Xocalı faciəsi zamanı yaxınlarını itirən Mühəndislik və tətbiqi elmlər kafedrasının dosenti Rəhim Ələkbərov tədbirdə çıxış edərək xalqımızın qan yaddaşı olan Xocalı faciəsindən, erməni vandallarının törətdikləri vəhşiliklərdən, danışıblar.

Sonra Mühəndislik fakültəsinin tələbələri Nadir Muradov və Sahib Fərzəliyevin ifasında “Hər gecə Xocalıda” və “Xocalı”  şeirləri səsləndirilib. Tədbirdə UNEC Dizayn Məktəbinin tələbələrinin Xocalı soyqırımına həsr etdikləri rəsm əsərləri də nümayiş olunub.

Xocalı soyqırımına həsr olunmuş videoçarxın nümayişi ilə tədbir yekunlaşıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay