A

Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC Dizayn Məktəbində Xocalı Soyqırımının 31-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib.

Əvvəlcə soyqırımı qurbanlarının və Vətən uğrunda canlarından keçmiş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra UNEC Dizayn məktəbinin tələbələrinin “Xocalı soyqırımına” həsr olunan rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbiri Dizayn kafedrasınım müdiri dosent Elfanə Qasımova açaraq, həmin dövrdə Azərbaycan rəhbərliyinin Xocalıya olan laqeydliyindən, köməksiz qalan xocalıların ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilməsindən, Xocalı uğrunda döyüşən mərd oğulların qəhrəmanlığından danışıb. Həmçinin bu faciəyə siyasi qiymətin yalnız Ümummilli Lider Heydər Əliyev tərəfindən verildiyini qeyd edib. 

Tədbirdə UNEC Dizayn Məktəbinin baş mentoru  Nisəxanım Hüseynova çıxışında qeyd edib ki, Qarabağ müharibəsinin ən dəhşətli hadisəsi Xocalı qətliamı olub, qana susamış ermənilər bir gecədə Xocalı şəhərinin 613 dinc sakinini qətlə yetirilib, 1275 nəfəri girov götürüblər.

Tədbirdə Xocalı qurbanlarının qanının yerdə qalmadığından, 2020-ci ilin payızında Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuzun mənfur düşməni diz çökdürməsindən və 30 il işğal altında qalan torpaqlarımızın 44 günə azad edilməsindən də söz açılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay