A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Ümumi fənlərin tədrisinin təşkili departamentində (ÜFTTD ) Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan ÜFTTD-nin direktoru dosent Gülnarə Rzayeva Xocalı soyqırımı haqqında məlumat verərək bildirib ki, XX əsrin ən dəhşətli və qəddarcasına törədilmiş soyqırımı məqsədli şəkildə həyata keçirilib, yüzlərlə Xocalı sakini, mülki əhali, qadın, uşaq, yaşlılar amansızlıqla qətlə yetirilib. Bu gün Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsi olaraq Xocalı soyqırımına beynəlxalq hüquq normaları çərçivəsində qiymət verildiyi, dünyanın bir sıra ölkələrinin, beynəlxalq təşkilatların Ermənistanı işğalçı dövlət kimi tanıdığını vurğulayıb. Tədbirdə həmçinin Heydər Əliyev Fondunun Vitse-Prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya ədalət!” kampaniyasının bütün dünyanı əhatə etdiyi və dünya ictimaiyyətinin Xocalı həqiqətləri barədə məlumatlandırılması istiqamətində işlərin davam etdirildiyi qeyd edilib.

Tədbirdə çıxış edən Humanitar fənlər kafedrasının müdiri professor Vəkil Həsənov XX əsrdə ermənilər tərəfindən azərbaycanlılara qarşı dəfələrlə törədilən soyqırım tarixi haqqında məlumat verib. Tarixi yaradanlarla yanaşı tarixi yazanların da məsuliyyət daşıdığı vurğulanaraq, hər bir tarixçi alimin gələcək nəsillər qarşısında öhdəliyi olduğu bildirilib.

Tədbirdə çıxış edən professor Afət Abbasova, professor Tofiq Əbdülhəsənov, dosent Hümeyrə Mustafayeva, müəllimlərdən Şəhla Kərimova, Fəqanə Əhmədova soyqırımla bağlı fikirlərini bölüşərək, Xocalı kimi faciələrin təkrarlanmaması üçün hər bir kəsin öz milli kimliyini tanımasının vacibliyini bildiriblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay