A

UNEC-də Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan xüsusi dərslər keçirilib. Dərslərdə Xocalı qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib.

Biznes və menecment,Mühəndislik, İqtisadiyyat və idarəetmə fakültələrində, Rus İqtisad Məktəbində, Beynəlxalq İqtisadiyyat Məktəbində, SABAH Mərkəzində, Türk Dünyası İqtisad fakültəsində keçirilən xüsusi dərslərdə Xocalı faciəsinin səbəb və nəticələrindən söz açıblar, bu faciənin Azərbaycan xalqına qarşı erməni millətçilərinin illərlə həyata keçirdikləri etnik təmizləmə, soyqırım aktlarının davamı olduğunu vurğulayıblar. Çıxış edənlər Xocalı soyqırımını dinc azərbaycanlı əhalisinə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisi olduğunu diqqətə çatdırıblar.

Qeyd olunub ki, ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 14 məktəb dağıdılıb, 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızcasına qətlə yetirilib. 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir götürülüb, 150 nəfər isə itkin düşüb.

Xüsusi dərslərdə 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən də bəhs olunub. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və müzəffər ordumuzun əzmi sayəsində 44 günlük Vətən Müharibəsinin Azərbaycanın tam qələbəsi ilə başa çatdığından, 30 ildən sonra işğal altında olan torpaqlarımızın azadlığına nail olan xalqımızın mübarizə əzminin qırılmadığından söz açılıb.

Dərslərdə Xocalı soyqırımına həsr olunan videoçarxlar da nümayiş olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay