A

UNEC-in Rus İqtisad Məktəbi, Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən Mədəni-kütləvi tədbirlər komissiyası və Tarix klubunun birgə təşkilatçılığı ilə Xocalı Soyqırımının 31-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Rus İqtisad Məktəbinin direktor müavini Anar Eyyubov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin Rus İqtisad Məktəbinin layihə üzrə meneceri Cavidan Oruclu və Gülay Əliyeva çıxış edərək, Xocalı soyqırımının bəşəriyyət tarixində insanlığa qarşı həyata keçirilmiş ən qəddar zorakılıq nümunələrindən biri olaraq, tarixin yaddaşına həkk olunduğunu bildiriblər. Bu soyqırım nəticəsində yüzlərlə dinc insanın erməni terrorçuları tərəfindən xüsusi zorakılıqla qətlə yetirildiyini, baş vermiş hadisənin hər bir anlamda insanlığa yönəlik cinayət olduğunu bildiriblər.

Tədbir tələbələrin faciəyə həsr edilmiş şeirlərin səsləndirilməsi ilə başa çatıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay