Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan xüsusi dərslər keçirilib.
Dərslərdən öncə Xocalı soyqırımında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra dərslərdə Xocalı soyqırımı zamanı baş vermiş faciənin dəhşətlərindən, erməni mənfurlarının işğalçı siyasətinin məqsədindən söz açılıb.