A

UNEC-də KPMG Azərbaycan şirkətinin iştirakı ilə Karyera Günü keçirilib.

Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və UNEC Karyera Mərkəzinin təşkilatçılığı ilə keçirilən Karyera Günü “Tea Talks” proqramı çərçivəsində baş tutub.

KPMG Azərbaycan şirkətinin audit partnyoru Nəsibə Muradxanova tələbələrə şirkət barədə məlumat verib. Bildirib ki, KPMG Azərbaycan şirkəti “Böyük Dördlük” audit şirkətlərindən biri olan qlobal mühasibat şirkətləri şəbəkəsidir. Şirkət bir çox bank və maliyyə qurumlarına, o cümlədən iqtisadiyyatın tikinti, neft-qaz, telekommunikasiya kimi aparıcı sektorlarındakı müəssisələrə audit, vergi, hüquq və məsləhət xidmətləri göstərir. N.Muradxanova mövcud təcrübə proqramları barədə də tələbələrə məlumat verib.

Sonra Maliyyə və mühasibat fakultəsinin dekan müavini Əbdülkərim Sadıqov, Karyera mərkəzinin direktoru Aytac Rzayeva KPMG və digər audit konsaltinq şirkətlərinin maliyyə ixtisasları üzrə təhsil alan tələbələrin praktiki biliklərinin artırılmasındakı rolundan danışıblar.

Karyera Gününün sonunda maliyyə, mühasibat uçotu və audit, biznesin idarə edilməsi ixtisaslarıı üzrə təhsil alan tələbələr üçün imtahan təşkil olunub. İmtahanın nəticələrinin bir həftə ərzində açıqlanması və təcrübə proqramına start verilməsi nəzərdə tutulub.

TOP XƏBƏRLƏR