A

UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamentinin əməkdaşları və tələbələr Bilgəhdə yerləşən Müharibə və əmək veteranları pansionatının (Qocalar evi) sakinlərini ziyarət ediblər.

Departamentin direktoru, dosent Gülnarə Rzayeva Qocalar evinin sakinlərini od çərşənbəsi və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək, onlara xoş arzularını çatdırıb.

Görüşdə UNEC tələbələri musiqi, rəqs, şeir nömrələri ilə çıxış ediblər. Həmçinin pansionatın sakinləri ilə həmsöhbət olaraq, onların həyat hekayələrini dinləyiblər.

UNEC kollektivi ilə görüşdən məmnunluğunu ifadə edən pansionat sakini Zəminə Qarabaglı onlara “Vətən sevgisi” və “Arzular insanı qanadlandırır” adlı şeirlər kitabını hədiyyə edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay