A

UNEC Dil Mərkəzi və İqtisadçı Tələbələrə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə tələbələr üçün “Kino günü” (Movie Day) keçirilib.

Filmin nümayişindən öncə UNEC Dil Mərkəzinin direktoru, dosent Aysel Xəlilova mərkəzdə tədris olunan dil kursları və proqramlar barədə məlumat verib. Amerikalı mütəxəssis Nadia Felekan tərəfindən tələbələr üçün ödənişsiz “conversation club”ın təşkil olunduğu bildirib. O, UNEC-in Britaniya Konsulluğunun IELTS imtahanı üzrə rəsmi tərəfdaşı olduğunu diqqətə çatdıraraq, tələbələrin həmin imtahanı universitetdə verə biləcəklərini diqqətə çatdırıb. 

Sonra tələbələr motivasiya mövzusunda “Pursuit of Happiness” (Xoşbəxtlik axtarışı) filmini ingilis dilində izləyiblər. 

Sonda 3 tələbəyə UNEC Dil Mərkəzi tərəfindən ödənişsiz dərs paketi hədiyyə olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay