A

UNEC-in mühəndislik sahələri üzrə təhsil alan tələbələri üçün Yay təcrübə proqramına start verilib.

UNEC-in Karyera Mərkəzinin, Azerbaijan “Fish Farm” MMC və Mühəndislik fakültəsinin birgə təşkilatçılığı ilə “FİSH FARM 2023” Yay təcrübə proqramının təqdimatı keçirilib.

Şirkətin HR mütəxəssisləri təcrübə proqramının əhatə etdiyi maliyyə, təchizat, insan resursları, marketinq sahələri haqqında ətraflı məlumat veriblər.

Mühəndislik fakültəsinin dekanı dos.Elçin Səmədov tələbələrin təcrübə proqramında iştirak etməklə real iş mühitində öyrənmək imkanı əldə etmələrinin önəmindən danışıb.

Karyera mərkəzinin direktoru Aytac Rzayeva isə proqramı uğurla bitirəcək iştirakçılara sertifikatlar veriləcəyini, namizədlərin “AFF” MMC-də karyera qurmaq imkanı əldə edəcəklərini bildirib.

Sonra istehlak mallarının ekspertizası və marketinqi, qida məhsulları mühəndisliyi, çoxişlənən malların texnologiyaları mühəndisliyi ixtisasları üzrə təhsil alan tələbələrlə sual-cavab sessiyası keçirilib. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay