A

UNEC-in 10 tələbəsi Fransanın Montpellier Universiteti ilə ikili diplom proqramını uğurla bitirərək məzun oldu.

Məzunlar Beynəlxalq İqtisadiyyat Məktəbi (ISE), SABAH qrupları, Rus İqtisad Məktəbi, Maliyyə və Mühasibat, Biznes və Menecment fakültələrinin tələbələridir.

3-cü kursu Montpellier Universitetində oxuyan tələbələr, 4-cü kursdan təhsillərini UNEC-də davam edəcəklər. Tələbələr məzun olduqda UNEC-lə yanaşı, Montpellier Universitetinin diplomunu da əldə edəcəklər.

Beləliklə, UNEC ilə Montpellier Universitetinin ikili diplom proqramından məzun olan tələbə sayı 78 nəfər (2 nəfər əcnəbi tələbə olmaqla) oldu.

2023/2024-cü tədris ilində isə 15 nəfər UNEC tələbəsinin həmin proqramda iştirak etməsi nəzərdə tutulub.

Qeyd edək ki, 2016/2017-ci tədris ilindən başlayaraq, UNEC-in “Dünya iqtisadiyyatı”, “Maliyyə”, “Mühasibat”, “İqtisadiyyat” və “Biznesin idarəolunması” ixtisasları üzrə təhsil alan tələbələri Montpellier Universitetinin “Beynəlxalq menecment və biznes” ixtisası üzrə bakalavr diplomunu əldə edirlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay