A

UNEC-də “The Bankers Club"un açılış infosessiyası keçirilib. 

UNEC SABAH mərkəzinin nəzdində fəaliyyət göstərəcək tələbə klubu bank və maliyyə sektorunda fəailiyyət göstərən yerli və xarici müəssisələrlə qarşılıqlı fəaliyyətin qurulmasını, kluba üzv olacaq digər tələbələrin və məzunların praktiki maliyyə savadlılığının artırılması və karyera inkişafı istiqamətində bu sahədə çalışan ekspertlərin iştirakı ilə maarifləndirici tədbirlər həyata keçirəcək.

Açılış nitqi ilə könüllüləri salamlayan UNEC SABAH Mərkəzinin rəhbəri dos.Aida Quliyeva klubun tələbələrin bank və maliyyə sahəsində biliklərinin artırılmasında, eləcə də maliyyə sektoru üçün gələcək liderlər və novatorların yetişdirilməsindəki önəmindən danışıb.

“The Bankers Club”un təsisçisi və prezidenti Rüfət Kərimov klubun missiyası və vizyonu barədə ətraflı məlumat verib. Bank və maliyyə sektorunda praktiki biliklər əldə etmək, innovativ inkişaf və  şəbəkələşmə missiyalarını praktiki nümunələrlə izah edib.

Sonra UNEC Karyera Mərkəzinin direktoru Aytac Rzayeva tələbələr, professor-müəllim heyəti və maliyyə sektoru üzrə ekspertlər arasında əməkdaşlığın və bilik mübadiləsinin vacibliyindən danışıb.

Tədbir "sual-cavab" infosessiyası ilə davam edib.

"UNEC SABAH The Bankers club"un prezidenti, SABAH qruplarının tələbəsi Şərqiyyə Gəraylı qarşıda duran vəzifələrdən və həyata keçiriləcək layihələr barədə fikirlərini bölüşüb.

Tədbirdə UNEC SABAH, UNEC Dizayn Məktəbi, Mühəndislik, Maliyyə və mühasibat, Biznes və menecment, İqtisadiyyat və idarəetmə, Türk Dünyası İqtisad fakültələrinin, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi və ADA universitetinin tələbələri iştirak ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay