UNEC-də təşkil olunmuş Novruz şənliyi çərçivəsində Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşları və Tələbə Həmkarlar İttifaqı Komitəsinin üzvləri tərəfindən növbəti “KitabAt” layihəsi reallaşdırılıb.
Novruzun ənənəvi “papaq atmaq” adətinə uyğun olaraq könüllü şəkildə toplanmış kitablar Novruz sovqatı kimi tədbirdə iştirak edən tələbələrə hədiyyə olunub.
Layihə çərçivəsində toplanmış kitabların bir hissəsi isə UNEC-in 4 saylı tədris binasında "Elektron resurslardan istifadə qaydaları" mövzusunda keçirilən təlimin iştirakçılarına paylanıb.
Layihənin məqsədi tələbələrin asudə vaxtlarını səmərəli keçirməsinə və mütaliə bacarıqlarını inkişaf etdirməsinə dəstək verməkdən ibarətdir.