A

Sentyabrın 17-də UNEC-də ACCA təşkilatının lisenziyası ilə fəaliyyət göstərəcək Kompüter Əsaslı İmtahan Mərkəzinin açılışı olub.

Açılış tədbirində UNEC rektoru professor Ədalət Muradov və universitetin müəllim-tələbə heyətilə yanaşı, Auditorlar Palatasının sədri prosessor Vahid Novruzov, ACCA (İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) təşkilatının Təhsil üzrə Regional rəhbəri Taher Kapasi də iştirak ediblər.

Auditorlar Palatasının sədri professor Vahid Novruzov mərkəzin açılışını UNEC-in növbəti uğuru adlandırıb: “UNEC öz ənənəsini davam etdirirək, növbəti uğura imza atıb. Dünyanın nüfuzlu ACCA təşkilatının lisenziyası əsasında UNEC-də Kompüter Əsaslı İmtahan Mərkəzinin yaradılması universitet tarixində əhəmiyyətli hadisədir. UNEC zəngin proqram təminatı, tədris proqramları, hazırlıq və yenidənhazırlıq proqramları ilə yeni dövrün çağırışlarına hər zaman çevik cavab verir, rəqəmsallaşma və digər sahələrdə yeniliklər reallaşdırır”.

Palata sədri çıxışının sonunda mərkəzin fəaliyyətinə uğurlar arzulayıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay