A

YAP Səbail rayon təşkilatının İstiqlaliyyət 6 ünvanında yerləşən ərazi partiya təşkilatı və UNEC-in Heydər Əliyev İqtisadi İrsinin Öyrənilməsi Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevə həsr olunan növbəti tədbir keçirilib.

Tədbirin açılışında Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

“İstiqlaliyyət 6” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, inzibati və təşkilati məsələlər üzrə prorektor dosent Şaiq Əsgərov açılışda çıxış edərək, tədbirin Ümummilli Lider Heydər Əliyevin iqtisadi siyasət strategiyasına və bu siyasətin ölkənin iqtisadi tərəqqisindəki roluna həsr olunduğunu bildirib.

Sonra “İqtisadi və texnoloji elmlər” kafedrasının professoru, əməkdar elm xadimi Arif Şəkərəliyev “Ümummilli Lider Heydər Əliyevin İqtisadi İslahatlar Strategiyası Azərbaycanı regionda qüdrətli dövlətə çevirmişdir”, kafedranın professoru İrşad Kərimli isə “Beynəlxalq iqtisadiyyata qovuşmaq yolunda Heydər Əliyev siyasətinin uğurları” mövzularında maraqlı məruzələrlə çıxış ediblər.

Çıxış edənlər Heydər Əliyevin uzaqgörən iqtisadi siyasətinin Azərbaycanın müstəqilliyini möhkəmləndirdiyini və ölkəni beynəlxalq iqtisadi sistemə uğurla inteqrasiya etdiyini vurğulayıblar. Məruzələrdə Ümummilli Liderin iqtisadi islahatlarının bu gün də ölkənin inkişafında mühüm rol oynadığı bildirilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay