A

Dünyanın aparıcı elmi nəşriyyatlarından biri olan “Springer Nature”nin Şərqi Avropa üzrə vitse-prezidenti Aliaksandr Birukou Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) qonaq olub.

Aliaksandr Birukou universitetin professor-müəllim heyəti ilə görüşüb, akademik jurnallarla bağlı təqdimatla çıxış edib. Təqdimat zamanı o, “Springer Nature” nəşriyyatının əsas fəaliyyət istiqamətləri, elmi nəşrlərin tarixi və müxtəlif sahələri əhatə edən jurnallar haqqında ətraflı məlumat verib.  

O, qeyd edib ki, “Springer Nature” tədqiqatçıların elmi nəticələrini qlobal elmi ictimaiyyətlə paylaşmalarına və elmi biliklərin yayılmasına dəstək göstərən platformadır. Aliaksandr Birukou jurnallara məqalə təqdimetmə, məqalələrin çapolunma meyarları barədə də məlumat verib. Həmçinin, çap olunan Azərbaycan jurnallar haqqında, nəşriyyatda UNEC-in statistikası da təqdim olunub.

Təqdimatda “Springer Nature” nəşriyyatı tərəfindən 1815-2024-cü illər arasında 300 000 kitabın çap edildiyi, hər il isə bütün fənlər üzrə 12 000 yeni kitabın nəşr olunduğunu bildirib.

Sonda Aliaksandr Birukou UNEC-in akademik heyətini maraqlandıran sualları cavablandırıb.

TOP XƏBƏRLƏR