SABAH mərkəzinin müəllimi Şəbnəm Həsənova tərəfindən sağlam həyat tərzinin təbliği və narkomanlığın zərəri ilə bağlı maarifləndirici tədbir keçirilib.
Tədbirin məqsədi tələbələr arasında sağlam həyat tərzinin təşviqi, zərərli vərdişlərin, xüsusilə narkotik maddə istifadəsinin fəsadları barədə məlumatlılığın artırılması olub. Görüş zamanı tələbələrə narkomanlığın insan sağlamlığına, sosial həyatına və gələcək karyerasına göstərdiyi mənfi təsirlər ətraflı izah edilib.
Eyni zamanda, zərərli vərdişlərdən uzaq durmağın əhəmiyyəti vurğulanıb, sağlam həyat tərzinin formalaşdırılması istiqamətində tövsiyələr verilib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.