A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində Psixoloji Xidmət Mərkəzinin dəstəyi ilə tələbələr üçün “Narkotik asılılığının profilaktikasında ailə institutunun rolu və valideyn məsuliyyəti” mövzusunda seminar keçirilib.

Seminarı giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, müasir dövrdə gənclərin müxtəlif sosial risklərlə üzləşdiyini diqqətə çatdırıb, narkotik asılılığının qarşısının alınmasında ailə institutunun rolunun xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb, sağlam ailə mühitinin formalaşdırılması, valideyn məsuliyyətinin gücləndirilməsi və gənclərlə düzgün ünsiyyətin qurulmasının ən səmərəli profilaktik vasitələr olduğunu bildirib, eyni zamanda maarifləndirmə tədbirlərinin tələbələrin biliklərinin artırılmasına, risk faktorlarını daha yaxşı dərk etmələrinə və sağlam həyat tərzinə yönəlmələrinə mühüm töhfə verdiyini qeyd edib.

Psixoloji Xidmət Mərkəzinin rəhbəri dosent Şəfahət Abdullayeva çıxış edərək, narkotik asılılığının ciddi psixoloji və sosial problem olduğunu bildirib, onun yaranmasında ailədaxili münasibətlərin, emosional faktorların və sosial təsirlərin mühüm rol oynadığını qeyd edib, valideynlərin övladları ilə etibarlı ünsiyyət qurmasının və erkən müdaxilənin profilaktikada əsas şərt olduğunu vurğulayıb, həmçinin gənclərin psixoloji dayanıqlığının artırılması və maarifləndirmə tədbirlərinin bu sahədə mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Sonda mövzu ilə əlaqədar müzakirələr aparılıb və tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR