A

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Baku Crystall Hall”da “Ekoloji problemlər və onların həlli yolları tələbələrin gözü ilə” mövzusunda II gənclər sərgisi təşkil olunub.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Gənclər və İdman naziri Azad Rəhimov, digər rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri sərgidə nümayiş etdirilən əsərlərlə tanış olublar.

Sərginin məqsədi gənclərin ekoloji sahəyə marağını artırmaq, ekoloji problem barədə maarifləndirmək, eyni zamanda, yaradıcılıq potensialı olan tələbələri dəstəkləmək və sosial təşəbbüskarlığı stimullaşdırmaqdır.

Sərgidə nümayiş üçün UNEC-in istedadlı tələbələrinin, o cümlədən, “Ekologiya” ixtisası üzrə təhsil alan Fəxri Əhmədovanın, Xanım Piriyevanın və İlhamə Qaraxanovanın əl işləri təqdim edilmişdi. 

Ümumilikdə, sərgidə 14-29 yaşlı 200-dək gəncin dəzgah rəngkarlığı, kvillinq, xəttatlıq, keramika, rəngkarlıq, ebru sənəti, qrafika, qravüra, landşaft dizaynı, batika, vitraj, qravüra üslubları üzrə ekoloji mövzuda çəkdikləri rəsm əsərləri nümayiş etdirilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay