A

Mingəçevir Şəhər İcra Hakimiyyəti və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Konfransdan əvvəl iştirakçılar Heydər Əliyev Mərkəzi önündə ucaldılmış Ulu Öndərin abidəsi qarşısına gül dəstələri qoyaraq ehtiramlarını ifadə edib və Ümummilli Liderin anadan olmasının 100 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.

Konfransda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, YAP İdarə Heyətinin üzvü Elnur Sadıqov “Ümummilli Lider və Azərbaycanın milli iqtisadi inkişaf strategiyası” mövzusunda məruzə ilə çıxış edib. Çıxışında Ulu Öndərin milli müstəqillik uğrunda mübarizənin həqiqi carçısı, elmin və alimin ən böyük dostu olduğu qeyd olunub, Heydər Əliyevin hərtərəfli inkişaf strategiyasının misilsiz töhfələrindən bəhs olunub.

Məruzələr iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay