A

secki-2024.az

“Fevralın 7-də keçiriləcək prezident seçkiləri Azərbaycanda rəqabət qabiliyyətli iqtisadiyyatın və sosial ədalətə hesablanan cəmiyyətin inkişafı naminə görülən işlərin yeni mərhələsinin başlanması baxımından çox əhəmiyyətlidir”.

Bunu secki-2024.az saytına açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisad elmləri doktoru Zahid Məmmədov bildirib.

İqtisadçı alim vurğulayıb ki, 7 fevral seçkiləri tariximizə əbədi olaraq yazılacaq: “Çünki Azərbaycan öz torpaqlarında erməni işğalına, separatizmə son qoyub, ərazi bütövlüyünü və suverenliyini bərpa edib, bu gün Qarabağda, Şərqi Zəngəzurda müqəddəs üçrəngli bayrağımız dalğalanır və ilk dəfədir seçkilər müstəqil Azərbaycanın bütün, o cümlədən işğaldan azad edilmiş ərazilərində keçirilir. Böyük Qayıdışın başlanması və sürətlə davam etməsi, aparılan məqsədyönlü bərpa-quruculuq işləri Qarabağın, Şərqi Zəngəzurun ekoloji cəhətdən təmiz, “yaşıl” iqtisadi zona kimi inkişafına səbəb olacaq. Bütün bu qeyd edilənlər Azərbaycanın beynəlxalq səviyyədə nüfuzunun daha da artmasın şərtləndirən mühüm amillərdəndir. Təsadüfi deyil ki, ölkəmiz bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək”.

Z.Məmmədov, həmçinin qeyd edib ki, 7 fevral seçkiləri Azərbaycan dövlətinin bütün sahələrdə, o cümlədən iqtisadi sferada prioritet istiqamət kimi yanaşdığı müasir innovasiyaların tətbiqinin genişləndirilməsi baxımından da xüsusi önəmə malikdir. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay