A

modern.az

24 yanvar 2024-cü il tarixində Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan nümayəndə heyətinin AŞPA-nın 2025-ci ilin yanvar sessiyasına qədər səsvermə hüququndan məhrum edilməsinə dair qətnamə qəbul edib.

Qətnamənin müzakirəsi zamanı 76 deputat sənədin lehinə, 10 deputat əleyhinə səs verib, 4 deputat bitərəf qalıb.

Yalnız Ukrayna və Türkiyənin nümayəndələri Azərbaycanı dəstəkləyib, qətnamənin əleyhinə çıxış ediblər.

Qətnamə müəllifləri vurğulayıb ki, Azərbaycan AŞPA-dan qovulmur, sadəcə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidır və bu istiqamətdə konkret addımlar atmağa çağırılır.

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının üzvü, Çəmbərək rayon icmasının sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və audit” kafedrasının müdiri i.e.d.,prof.Əvəz Ələkbərovun fikrincə bu qətnamə qəti şəkildə qəbul edilməzdir.  Azərbaycan Avropa Şurasına 2001-ci ildə tamhüquqlu üzv qəbul olunmuş və ötən 23 ildə üzərinə götürdüyü öhdəlikləri yüksək səviyyədə yerinə yetirmiş bir ölkədir. Eyni zamanda Azərbaycan ərazi bütövlüyü uğrunda mübarizə aparmış və onu bərpa etmiş qalib dövlətdir. Avropanın enerji təhlükəsizliyində ölkəmiz aktiv iştirak edir.

Professor Əvəz Ələkbərovun fikrincə bu qətnamənin lehinə səs verilməsinin əsas səbəbi Azərbaycanın tarixi Zəfərini, Ermənistanın məğlubiyyətini həzm edə bilməməsidir. Ölkəmizin belə təhdidlərə məruz qalması onu qorxuda bilməz. Hazırda ölkəmiz fevralın 7-də keçiriləcək Prezident seçkiləri ərəfəsindədir. Seçkilərin demokratikliyini təmin etmək üçün zəruri olan bütün addımlar atılır. Bütün dünya ictimaiyyəti bilir ki, ölkəmiz sülh və əminamanlıq diyarıdır. Şübhəsiz əfsuslar olsun ki, hələ də dünyada ikili standartlar mövcuddur.

TOP XƏBƏRLƏR