A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial-İqtisadi Kollecdə Müəllimlər Günü qeyd olunub.

Tədbirin açılışında Dövlət Himni səsləndirilib.

Kollecin direktoru Şəhriyar Laçınov və direktor müavini Xanım Məmmədova müəllimləri təbrik edərək, onların gənc nəslin təlim və tərbiyəsində əvəzsiz rolundan, eləcə də təhsil işçilərinə göstərilən hərtərəfli dövlət qayğısından söz açıb.

Tədbir tələbələrin hazırladıqları səhnəciklər, şeir və musiqi ifaları ilə davam edib.

Sonda pedaqoji fəaliyyətlərində fərqlənən bir qrup müəllim kollecin “Fəxri Fərman”ı ilə təltif olunub.

TOP XƏBƏRLƏR