×

Xəbərdarlıq

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder index.html silmək alınmadı


A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq  münasibətlər kafedrasının baş müəllimləri Təranə  Şirvanova  ilə Afət Seyidova Beynəlxalq Mevlana mübadilə proqramı çərçivəsində Türkiyə Respublikasının Konya şəhərində - Səlçuk Universitetində ezamiyyətdə olublar.

T.Şirvanova Səlçuk Universitetinin Beynəlxalq münasibətlər bölümündə bakalavr, magistr və doktorantlara “Azərbaycan - Avropa İttifaqı münasibətləri”, “Azərbaycan - ABŞ münasibətləri müstəqillik dövründə”, A.Seyidova isə “Azərbaycan - Rusiya münasibətləri keçmişdən bu günə”, “Dağlıq Qarabağ münaqişəsi” mövzularında mühazirələr oxuyublar. Tələbələr UNEC müəllimlərinin mühazirələrini maraqla qarşılayıb.Səlçuk Universitetinin rektoru ilə Mevlana Mübadilə proqramının müxtəlif ölkələrdən olan iştirakçıları ilə keçirilən rəsmi görüşdə iştirak edən müəllimlər UNEC haqqında geniş təqdimatla çıxış ediblər.

İki həftə davam edən səfər çərçivəsində UNEC müəllimləri “Darbeden sonrakı Türkiyə” konfransında və “Türkiyənin qonşuları: Azərbaycan” mövzusunda keçirilən elmi seminarda çıxış edərək, iştirakçıların suallarını cavablandırıblar.

 

TOP XƏBƏRLƏR