Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının dosenti Elşad Səmədzadə Beynəlxalq Menecment Akademiyasının (BMA) müxbir üzvü seçilib.
E.Səmədzadə bu üzvlüyə BMA-nın təşkil etdiyi tədbir və seminarlarda fəal iştirakına, iqtisadiyyatla bağlı aktual çıxışlarına görə layiq görülüb.
Beynəlxalq Menecment Akademiyası İctimai Birliklər İttifaqı – 1996-cı ildə Beynəlxalq İqtisadçılar İttifaqının dəstəyi ilə yaradılan müstəqil beynəlxalq ictimai təşkilatdır. Akademiya öz sıralarında təkcə elm sahəsinin layiqli nümayəndələrini deyil, həm də Rusiya sahibkarlığının yeni formasiyasını birləşdirib.