UNEC-in “Rus dili” kafedrasının baş müəllimi Zeynəb Hüseynova Azərbaycan Universitetində keçirilən beynəlxalq konfransda iştirak edib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan konfransın mövzusu “Davamlı inkişaf və humanitar elmlərin aktual problemləri - 2018” olub.
Türkiyə, Rusiya, Braziliya, Qazaxıstan, Qırğızıstan, Polşa, Şimali Kipr Türk Respublikası, Ukrayna və digər ölkələrin alimlərinin qatıldığı konfransda UNEC-in müəllimi “Rus dilinin xarici dil kimi tədrisində İKT” mövzusunda məruzə ilə çıxış edib. O, UNEC-də tətbiq edilən Elektron Universitet Modelinin üstünlüklərindən bəhs edərək, bu sahədə öz təcrübəsini paylaşıb. Z.Hüseynovanın məruzəsini maraqla qarşılayan konfrans iştirakçıları Elektron Universitet Modelini tədrisin keyfiyyətinin artırılması istiqamətində atılan ciddi amil kimi dəyərləndirərək, UNEC təcrübəsinin digər universitetlərdə də tətbiq edilməsinin önəmini vurğulayıblar.
Sonda Z.Hüseynova sertifikatla təltif olunub.
Konfransın tərəfdaşları Cambridge International Academics (İngiltərə), Liepaja Universiteti (Latviya) və “Synergy Group”dur.