A

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tərəfdaşlığı, Aqrar Elm və İnnovasiya Mərkəzinin, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi  və "Aqrar İnkişaf Könüllüləri" Təşkilatının təşkialtçılığı ilə “Aqrar İnnovatorlar” layihəsi ihəyata keçirilib.

5 gün davam edən layihə Bakı, Sumqayıt şəhərlərində və  Abşeron rayonunda baş tutub. “Aqrar İnnovatorlar” layihəsində sahibkarlığa, aqrar sahəyə və iqtisadiyyata maraq göstərən, həmçinin startap və ideyalara malik olan 40 nəfər gənc iştirak edib. Təlimçilər arasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) gənc müəllimi Turan Süleymanov da olub. O, iştirakçılara “İdeya generasiyasından innovasiyaya" mövzusunda təlim verib.

Qeyd edək ki, layihənin məqsədi  gənclərin aqrar sahədə innovativ fəaliyyətlərinin təkmilləşdirilməsi və bu istiqamətdə  tanınmış mütəxəssislər vasitəsi ilə məlumatlandırılması, onların aqrar sahədə biliklərinin artırılması, startapların uğurla tətbiq olunması üçün biliklərin aşılanmasıdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay