A

UNEC-in yeni yaradılmış elmi jurnalı “Journal of Belt and Road Studies (JBRS)” üçün məqalə qəbulunu elan edilir.

Jurnalın ilk sayı 2026-cı ilin iyun ayında nəşr olunacaq.

JBRS Belt and Road Initiative (BRI) mövzusunda multidisipliner tədqiqatları dəstəkləyən peer-reviewed (rəylərlə yoxlanılmış) elmi jurnaldır. Jurnalın məqsədi BRI-nin siyasi, iqtisadi, sosial və geosiyasi aspektlərini dərindən araşdıran yüksək səviyyəli akademik tədqiqatları dərc etməkdir.

Jurnal açıq girişlidir və məqalələr üçün heç bir ödəniş tələb etmir.

JBRS aşağıdakı mövzular üzrə tədqiqatları qəbul edir:

  • Belt and Road Initiative və qlobal idarəetmə
  • Regional əlaqəlilik, infrastruktur və nəqliyyat dəhlizləri
  • Enerji dəhlizləri, davamlı inkişaf və iqtisadi tərəqqi
  • Geosiyasət, təhlükəsizlik və beynəlxalq əməkdaşlıq
  • Beynəlxalq ticarət və nəqliyyatın reinteqrasiya məsələləri
  • Ticarət, investisiya və BRI üzrə inkişaf maliyyəsi
  • Bir kəmər və bir yol üzrə multidisipliner perspektivlər

Nəşr siyasəti:

  • Bütün məqalələr ciddi peer-review prosesindən keçəcək.
  • Yalnız yüksək keyfiyyətli, orijinal və elmi töhfəsi olan məqalələr qəbul ediləcək.
  • Məqalələr analitik dərinlik, elmi orijinallıq və empirik və ya nəzəri töhfə təqdim etməlidir.

Məqalə qəbulu üçün son tarix: 10 aprel, 2026
Məqalələrin göndərilməsi üçün e-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Jurnalın linki: https://journals.unec.edu.az/jbrs/about

TOP XƏBƏRLƏR