A

https://modern.az/az/news/244448

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Maliyyə və maliyyə institutları” kafedrasının müdiri, professor Əvəz Ələkbərov 2019-cu il üzrə elm və təhsil sahəsindəki fəaliyyətinə görə BMT-nin “İlin alimi” beynəlxalq mükafatına layiq görülüb.

“İlin alimi” təltifi BMT-nin İctimai Mükafatlar Şurasının inkişaf etməkdə olan üzv ölkələrin, yaxud bölgənin elmi-texnoloji inkişafına verdiyi töhfələrə görə ayrı-ayrı alimlərə və ya alimlər qrupuna təqdim etdiyi illik elmi mükafatdır. Burada təhsil, mühəndislik və sənayenin inkişafı məsələləri xüsusi nəzərə alınır.

İqtisad elmləri doktoru, professor Əvəz Ələkbərov UNEC-in "Maliyyə və maliyyə institutları" kafedrasının müdiri, universitetin “Professorlar Klubu”nun Rəyasət Heyətinin sədridir. O, dünya və ölkə mətbuatında ictimai-siyasi və iqtisadi məsələlər üzrə 500-dən çox məqalənin, 80-dək elmi əsərin, o cümlədən 4 monoqrafiyanın, 1 biblioqrafik kitabın, 1 dərsliyin və 1 dərs vəsaitinin müəllifidir.

2019-cu ildə dünya elminə və iqtisadiyyatına xidmətlərinə görə BMT-nin “Sülh səfiri” beynəlxalq mükafatına layiq görülüb. 20 iyul 2017-ci ildə isə ölkəmizin təhsil sahəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ona “Əməkdar müəllim” fəxri adı verilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay