A

Sadıqov Mirdaməd Mirsadıq oğlu 01 sentyabr 1950-ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub.

1967-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub, 1971-ci il həmin institutun Maliyyə-Statistika fakültəsini bitirərək İqtisadçı ixtisasına yiyələnib.

1977-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunn Aspiranturasını bitirib, Moskva şəhərində namizədlik dissertasiyasını müdafiə edərək “İqtisad elmləri namizədi” alimlik dərəcəsini, 2004-cü ildə isə “Azərbaycan Respublikasının Maliyyə potensialının formalaşması problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək “İqtisad elmləri doktoru” alimlik dərəcəsini alıb.

Əmək fəaliyyətinə 01.12.1971-ci il tarixdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda başlayıb, “Maliyyə-kredit” kafedrasında laborant, baş laborant vəzifələrində çalışıb.

10.11.1977-ci il tarixdən 10.10.1982-ci il tarixədək Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Komsomol Komitəsinin katibi işləyib.

1982-ci ildən 1988-ci ilədək Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Maliyyə-kredit” kafedrasının baş müəllimi və dosenti vəzifələrində çalışıb.

08.07.1988-ci il tarixdən Bakı Maliyyə-Kredit Texnikumunun direktoru, 04.08.1992-ci il tarixdən Texnikumun Azərbaycan Maliyyə İqtisad Kollecinə çevrilməsi ilə əlaqədar həmin kollecin direktoru vəzifəsində işləyib.

27 iyul 1999-cu ildən 02 mart 2000-ci ilədək Bakı şəhəri Nəsimi rayonu üzrə Dövlət Vergi Müfəttişliyinin rəisi, 02 mart 2000-ci ildən 06 may 2000-ci ilədək Bakı Şəhəri Nəsimi rayonu üzrə Vergilər İdarəsinin rəisi, 06 may 2000-ci ildən 2007-ci ilədək Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq əlaqələr və qiyabi təhsil üzrə prorektoru vəzifələrində çalışıb.

25 sentyabr 2007-ci ildən 21 noyabr 2008-ci ilədək Azərbaycan Respublikası Vergilər Nazirliyi Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi vəzifəsində işləyib, 21 noyabr 2008-ci ildən Azərbaycan  Dövlət Aqrar Universitetinin rektoru vəzifəsinə təyin edilib.

14 fevral 2013-cü il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

29 mart 2020-ci il tarixdən Azərbaycan Dövlət İqtisad Universitetinin strateji inkişaf üzrə prorektoru vəzifəsində çalışıb.

Bu illər ərzində o, pedaqoji fəaliyyətlə məşğul olmuş müəllim, baş müəllim, dosent və professor vəzifələrində işləyib.

196 elmi məqalə, 8 monoqrafiya, 8 dərslik və dərs vəsaitinin müəllifi olub.

1980-ci ildə SSRİ Ali Sovetinin fərmanı ilə “Əmək rəşadətinə” görə medalı ilə təltif olunub, 1999-cu ildə isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Fəxri Fərman”ına layiq görülüb. 2010-ci ildə Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb, 2020-ci ildə isə Azərbaycan respubliakasının ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib.

19 yanvar 2021-ci ildə vəfat edib.

Allah rəhmət eləsin!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay