UNEC-in Rus İqtisad Məktəbinin "İqtisadiyyat" (rus dilində) kafedrasının baş müəllimi i.ü.f.d. Sevda Məmmədova Həştərxan Dövlət Universiteti və Karaqanda Sənaye Universitetinin professor-müəllim və tələbə heyətinə “Biznesin əsasları” fənni üzrə “Daxili və xarici biznes mühiti” mövzusunda mühazirə keçib.
UNEC ilə Həştərxan Dövlət Univesiteti arasındakı elmi-pedaqoji əməkdaşlıq çərçivəsində keçirilən mühazirədə S.Məmmədova biznes mühiti faktorları, onların klassifikasiyası, əsas xüsusiyyətləri, xarici və daxili biznes mühiti amilləri barədə ətraflı məlumat verib.
Maraqla qarşılanan mühazirədə tələbələrin sualları cavablandırılıb.
S.Məmmədova yerli və xarici jurnallarda dərc olunan 50-dən çox elmi əsərin, o cümlədən, 2 monoqrafiya, bir dərs vəsaiti və 54 elmi məqalənin müəllifidir.