A

banker.az

15 iyun Qurtuluş günü, qədim və əzəli türk torpağı olan Qarabağımızın başının tacı olan, Şanlı Ordumuz, Şücaətli xalqımız və Müzəffər Ali Baş Komandanımız tərəfindən 30 illik əsarətdən sonra 8 noyabr tarixində azad edilən Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən tarixi “Şuşa bəyannaməsi” imzalandı.

Bu bəyannamədə 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinin, 9 fevral 1994-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”, “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol” və 16 avqust 2010-cu il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”lərinin rəhbər tutulması ən əsas bir məqamdır. Bu bizim tarixi birliyimizin, dostluğumuzun, qardaşlığımızın daimi olmasının bir daha bariz sübutudur. Hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının birləşdirilməsi birbaşa olaraq türkdilli ölkələr arasında yeni bir ittifaqın yaranmasının ilkin təməli oldu. Bəyannamədə bu günkü dövrün əsas trendlərindən olan Türk dünyasında davamlı inkişafın regional və beynəlxalq səviyyədə artırılması istiqamətində bütün güclərinin birləşdirilməsi yaxın illərdə nəinki bizim qarşılıqlı münasibətlərimizdə eyni zamanda qlobal müstəvidə yüksək nəticə verəcəyi qaçılmazdır.

44 günlük Vətən müharibəsi zamanı qardaş ölkələrin Ermənistanın 30 illik işğalçı və təcavükar siyasətinə son qoyaraq, əzəli türk torpoqlarımızın işğalçılardan azad edərək, tarixi ədalətin bərpası ilə sonlandırılması ilə yekunlaşdı. Bu gələcəkdə regionda sülhün, sabitliyin qorunması, terrorçuluğa qarşı mübarizə məsələlərində yaxından iştirak edərək bir qarant kimi çıxış etməklərinə bir vəsilə oldu. Müdafiə qabiliyyətlərinin və şəxsi heyət mübadiləsini, birgə təhsil və təlimlərin keçirilməsini, silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığın təşviqi yolunda atılacaq addımlar qarşılıqlı münasibətlərin daha dərin platformaya keçməsidir. Dəniz, hava və kosmos sahələrində texnologiya mübadiləsini həyata keçirilməsi və inkişaf etdirilməsi, mövcud olmayan istehsal sahələrinin yaradılmasını, birgə tədqiqat və istehsalat işlərinin həyata keçirilməsi hərbi təyinatlı məhsullar və xidmətlər sahəsində daxili və beynəlxalq bazarlarda yüksək rəqabətqabiliyyətli məhsullarla çıxış etməyinə imkan yaradacaqdır.

Bəyannamədə qeyd edildiyi kimi ticarət-iqtisadi münasibətlərdə iqtisadiyyatın və ixracın şaxələndirilməsi, perspektiv sahələrdə birgə istehsalın yaradılması, investisiya şəraitinin inkişaf etdirilməsi istiqamətində müəyyən işlər aparılması və məhsulların sərbəst hərəkətinin təşkili istiqamətində tədbirlərin görülməsi iqtisadi artım dinamikasına güclü təkan verəcəkdir.

Cənub Qaz, Şərq-Qərb/Orta beynəlxalq nəqliyyat və Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında dəhlizlərininin (Zəngəzur dəhlizi) və sonuncunun davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin nəinki Azərbaycan və Türkiyə Respublikasının iqtisadi inkişafında mühüm element kimi eyni zamanda qlobal səviyyədə nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsində əsas amillər kimi çıxış edəcəkdir. Vətəndaşlarımızın tək şəxsiyyət vəsiqəsi ilə qardaş ölkələr arasında səyahət etmələri haqqında əldə edilən razılaşma yaxınlıq və əlaqələr baxımından münasibətlərdə böyük bir dönüş yaratdı. İnanıram ki, vətəndaşlarının hər iki ölkə ərazisində yaşamaq hüququ əldə etmələri istiqamətində bəyannamədə qeyd edilən müvafiq tədbirlər görülməsindən sonra həm iqtisadi, həm siyasi, həm də sosial əlaqələrin ən yüksək səviyyədə qurulması istiqamətində yüksək göstəricilər əldə ediləcək.

UNEC “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının
baş müəllimi i.f.d. Ceyhun.G.Hacıyev.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay